04 iyun 2025
196
Sumqayıt İcra Hakimiyyətinin 145 minlik gül aldığı Nigar Bağırova kimdir?
Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
Bu şəxs Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki "Sumqayıt Bulvar” MMC-yə güllər və qazonlar satacaq, həmçinin onların əkilməsini həyata keçirəcək. Nigar Bağırova satacağı güllər və qazonların qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 145 min 550 manat alacaq.
Qeyd edək ki, Nigar Bağırova 145 min 550 manata ümumilikdə 22 000 kv.metr qazon (rulon), 5 000 ədəd xrezantema, 10 000 ədəd pirmula, 5 000 ədəd papatya və 15 000 ədəd geran gülləri satacaq.
Onu da bildirək ki, Nigar Bağırova son illər davamlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə güllər satır.(yeniavaz.com)
Oxşar Xəbərlər:

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

Nazirlik 200 min manatlıq gül alır

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..
