30 may 2025
110
KİV: HAMAS ABŞ-ın atəşkəs təklifini rədd edəcək
HAMAS ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifini rədd edəcək.
Yenimeydan.info xəbər verir ki, bu barədə BBC HAMAS-ın nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb həmin təklifin sözügedən təşkilatın martaqlarına cavab verməməsidir.
HAMAS təmsilçisi onu da bildirib ki, təşkilat hazırda həmin təklifi müzakirə edir.
Qeyd edək ki, bu təklif özündə Qəzzada 60 günlük atəşkəsin elan edilməsini və ilk həftədə HAMAS-ın girovluğunda qalan 10 nəfərin mərhələli şəkildə azadlığa buraxılmasını, habelə həlak olan 18 girovun meyitinin təhvil verilməsini özündə ehtiva edir.
O da bildirilib bi, buna cavab olaraq İsrail tərəfi isə adları daha öncə təsdiqlənmiş siyahıda olan fələstinli girovları sərbəst buraxmalıdır.
Oxşar Xəbərlər:

Trampın zəif nöqtəsi -Putinin atəşkəs oyunu

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Putinin Rusiyaya xəyanəti:Ukraynanı ABŞ-a “təslim etdi”

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Qəzzada atəşkəs təxirə düşdü -SƏBƏB/YENİLƏNDİ