30 may 2025
99
Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
Səhiyyə Nazirliyinin tenderi ləğv edilib.Yenimeydan.info Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdariyyəti Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı üçün tender keçirmək istəyib. Xəstəxananın tikintisinin II mərhələsini əhatə edən proses üçün isə 9 milyon 720 min 455 manat vəsait ayırmağa hazır olduğunu açıqlayıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticəsini ləğv edib. Bununla bağlı rəsmi saytında isə tenderin ləğvinin konkret səbəbini göstərməyib, yalnız “Nəzarət orqanının qərarı ilə”yazmaqla kifayətlənib.
Bəzi müşahidəçilər güman edirlər ki, nəticələrin ləğvi tələb olunan rəqəmin şişirdilməsi ilə bağlı olub. Yəni, Səhiyyə Nazirliyi tələb olunandan daha artıq vəsait xərcləmək fikrində olub və nəzarətedici orqan da bundan xəbər tutub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

SOS: Elşad Hacıyev ilin sonuna qalmış az müddət ərzində iş görmədən dövlət vəsaitini silmək istəyir?

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)