29 may 2025
93
Göygöldə qadın müəllimlər avtobusda saçyolduya çıxdılar
Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.Mediatv.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.
Məlumata görə, Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilib. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşıb və işdən çıxmasına Tacirənin səbəb olduğunu deyib. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilib və onlar saçyolduya çıxıblar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyüb.
Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayıblar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə S.Quliyeva Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi – ŞOK TƏFƏRRÜAT

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI