22 may 2025
30

Ceyhun Bayramov həmkarı ilə danışdı

ceyhun-bayramov-hemkari-ile-danisdi

       Mayın 21-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici                                  işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

YeniMeydan.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.