21 may 2025
37
“Edamı mən həyata keçirməli idim, amma…” – səfirlikdə öldürülən Orxanın atası

Bu gün səhər saat 5-də edam hökmü həyata keçirildi. Mənə əvvəlcədən bu barədə məlumat verilmişdi, amma bəzi məsələləri mətbuata açıqlamırdım. Axır ki, bu gün oğlumun qatili edam edildi, cəhənnəmə vasil oldu.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Tehrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov Trendə açıqlamasında deyib. O bildirib ki, edamda iştirak etmək üçün ona şans da yaradılıb:
“Mənə demişdilər ki, gedib kəndiri çəkərək edamı mən həyata keçirməliyəm. Bizim qanunvericiliyimizdə ölüm hökmü yoxdur. Eyni şəkildə Azərbaycan vətəndaşının da ölüm hökmünü icra etmək hüququ yoxdur. Bu səbəbdən ölüm hökmü İran nümayəndələri tərəfindən icra edildi.
Edamda isə bizim səfirliyimizin nümayəndələri və vəkilimiz iştirak edib”.
Nigar İxtiyarqızı

Oxşar Xəbərlər:

Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: “Sizin də atanız bir qəhrəmandır!”-FOTO,VİDEO

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -MÜƏMMALI TENDERLƏR

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI