21 may 2025
154
“Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” - Prezident
YeniMeydan.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatında bildirib.
Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, dövlət başçısı bildirib ki, burada iki əsas şərt var:
“Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Oxşar Xəbərlər:

Şərtlər bəlli, mövqe konkret:“Sülh istəyən güllə atmaz”

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
