20 may 2025
60
Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR
Məsələ ilə bağlı ilk olaraq “Parla Residence” ilə əlaqə saxladıq. Yaşayış kompleksindən Teleqraf-a verilən məlumata görə yolun pis vəziyyətə düşməsində günahkar “Golden Roze Group” deyil, başqa şirkətdir. Belə ki, ərazidə daha bir şirkət tikinti işləri aparır.20 ildir “dəb və keyfiyyəti” birləşdirdiyini iddia edən “Golden Roze Group”dan isə gün ərzində telefonlarımıza cavab verən olmadı.
Bəs maraqlıdır avtomobil yollarının tikintisi və yenidən qurulmasına cavabdeh olan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu haqda nə düşünür? Yaxın zamanlarda yolun təmiri planlaşdırılırmı? Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirdi ki, ərazidəki yolun vəziyyətindən xəbərdardılar və əsaslı təmir işlərinin aparılması zəruridir:
“Ötən gün bu əraziyə AAYDA-nın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Müvəqqəti olaraq cari təmir işləri aparılacaq. Əsaslı təmirin həyata keçirilməsi üçün isə həmin küçənin növbəti investisiya proqramına daxil edilməsi ilə bağlı müraciət olunacaq. Proqrama salındıqdan sonra əsaslı təmir işləri həyata keçiriləcək”./teleqraf.com






Oxşar Xəbərlər:

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

«GOLD RESİDENCE» Bakı sakinlərini mühasirədə saxlayır

MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI