20 may 2025
103

Bakıda avtobusda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanıldı


  Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.

YeniMeydan.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.