19 may 2025
272
Vardanyandan “qatı xristian” obrazı yaratmağa çalışırlar
“GB News” adlı sayt Azərbaycana iftira atıb.Tribunainfo.az xəbər verir ki, sayt ölkəmizi “qanunsuz” həbslər həyata keçirməkdə, “etnik təmizləmə” aparmaqda, guya, kilsələri dağıtmaqda ittiham edib.
Bundan başqa, nəşr həmin cızma-qaraya “Heç birimiz təhlükəsiz deyilik” başlığını da verib. İddialardan biri isə hazırda Bakıda mühakimə olunan separatçı Ruben Vardanyana oxumaq üçün “İncil” kitabının verilməməsidir. Onu qatı xristian kimi təqdim edən sayt, hətta ibadət məsələsində də maneələrin olduğu yalanını da paylaşıb.
P.S. Bu tip saytlar separatçını elə təqdim edirlər ki, sanki o, “qatı xristian” olmaqla yanaşı, hətta din təbliği məsələsində Roma Papasından da üstün biridir. Əlləri hər yerdən üzülmüş adamlar onun bu “obrazını” yaratmaqla Qərbdəki xristian təəssübkeşlərin diqqətini çəkməyə çalışır və onların əli ilə Azərbaycana təzyiq etməyi düşünürlər. Amma boşuna cəhddir. Nə Ruben Vardanyan “qatı xristian”dır, nə də “missioner”dir. O, ən yaxşı halda separatçı və maliyyə dələduzundan başqa biri deyil. Bunu Qərb mediası dəfələrlər yazıb.
Fərda Uğur
Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)