02 may 2025
120
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir -İDDİA
Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib.
Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb.
Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.(oxu.az)
Oxşar Xəbərlər:

Həftəsonu 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirəcək

Kardiologiya İnstitutunda özbaşınalıq: direktor nazirin əmrini heçə sayır?
Təhsil idarəsinin müdirinin həbsi: icra başçısı ilə konflikt, yoxsa..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
29 illik əvəzolunmaz: 70 yaşlı Abbaszadə yola salınır - İDDİA
