UFC-nin sabiq çempionu qəza törətdi: 17 yaşlı qız öldü
Sabiq UFC ağır çəki çempionu, hazırda PFL döyüşçüsü olan kamerunlu Fransis Nqanunu vətəni Kamerunda motosikletlə hərəkətdə olarkən 17 yaşlı Ntsama Bricit Manuelanı vuraraq ölümünə səbəb olub.
YeniMeydan.info xəbər verir ki, bu barədə Le Bled Parle portalı məlumat yayıb.
Hadisənin olduqca güclü toqquşma nəticəsində baş verdiyi bildirilir. Nqanunu dərhal qıza kömək edib və onu şəxsən xəstəxanaya çatdırıb.
Həkimlər təcili əməliyyat keçirsələr də, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Fransis Nqanunun hadisədən dərin sarsıntı keçirdiyi və bütün xərcləri öz üzərinə götürdüyü qeyd olunur.

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı” – FOTO

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Jurnalistin atası həkim səhlənkarlığından öldü: “Suyun içindəydi, dərmanları verilməmişdi”

Prezident əfv sərəncamı imzaladı – SİYAHI