29 aprel 2025
102

Zelenskidən Putinin atəşkəs qərarına cavab:Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.


Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin may ayında elan etdiyi atəşkəslə bağlı açıqlama verib.
Zelenskinin videomüraciəti onun Teleqram kanalında yayımlanıb.
Onun fikrincə, atəşkəs növbəti manipulyasiya cəhdidir:
“Niyə hamı mayın 8-nə qədər gözləsin və parad zamanı Putin üçün səssizliyi təmin etmək üçün atəşi dayandırsın?”
O əlavə edib ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.
Zelenski ən azı 30 gün ərzində dərhal, tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.
Qeyd edək ki, Putin Qələbənin 80-ci ildönümündə (8-11 may) atəşkəs elan edib.