29 aprel 2025
109
2 manatlıq şirkətə 264 minlik layihə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təzhizat” MMC Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində cari təmir işləri aparacaq.
Yenimeydan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, MMC artıq bununla bağlı tenderə yekun vurub. Satınalma müsabiqəsinin qalibi “Qara Qaya” şirkəti seçilib. Təmir işlərinə 264 580,3 manat xərclənəcək. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 54 916,89 manat azdır.
“Qara Qaya” şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 2 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Aydın Əliyarov 2023-cü ilədək “Təmir-Təchizat 4” şirkətinin də qanuni təmsilçisi olub.
Maraqlıdır ki, hər iki şirkət daha çox Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurmların tenderlərində qalib seçilib. Mediada gedən məlumatlara görə, şirkət Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun nəzarətindədir.
Şirkətlə bağlı əlavə məlumatlar tapmaq üçün internet resurları üzərindən araşdırma apararkən “Qara Qaya” MMC haqqında demək olar bütün məlumatlarda Süleyman Mikayılovun adına rast gəldik. Bəzi materiallarda şirkətin konkret olaraq icra başçısına məxsus olduğu iddia edilsə də, bəzi məlumatlarda onun sadəcə “Qara Qaya”nı himayə etdiyi bildirilir.
Həmçinin qeyd edilir ki, şirkət əsasən tender oyunlarında istifadə etmək təsis edilib. Nizamnamə kapitalının simvolik olması, barəsində heç bir məlumata rast gəlinməməsi, hətta veb-səhifəsinin olmaması belə, “Qara Qaya” haqqında yer alan məlumatların heç də əsassız olmadığına şübhələri artırır.
Oxşar Xəbərlər:

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib-DETALLAR

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI