28 aprel 2025
96
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.Yenimeydan.info xəbər verir ki,bunu İran prezident Məsud Pezeşkian İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə bildirib.
“Ümid edirəm ki, bizim mövcudluğumuz və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlar üçün hərəkatın başlanğıcı olacaq”, – deyə o vurğulayıb.
Məsud Pezeşkian sözünə belə davam edib: “Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Qarabağ Azərbaycana məxsus olmalıdır və biz buna hörmətlə yanaşırıq”.
“Təbii ki, bizim burada olmağımız və burada olan əzizlərimizin mövcudluğu aramızda olan əlaqənin, birliyin, həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir”.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR

Liderlər İlham Əliyevi təbrik edir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT