28 aprel 2025
124
Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyət qəzəbləndirdi

Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu
Bakı-Gəncə magistral yolunun Gəncə şəhərinə yaxın hissəsində, 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin şəkilləri qürur mənbəyimiz kimi yolun ortasında dalğalanırdı. Lakin son günlər yayılan xəbərlər ürəkləri dağladı: Gəncə Şəhər İcra Hakimiyyəti şəhid ailələrinə şəkilləri sökmələri üçün xəbərdarlıq edib. Əgər valideynlər buna razılıq verməsə və səkiləri özləri sokməzsə, şəkillər icra hakimiyyəti tərəfindən götürüləcəkmiş…
Bu xəbərlər sosial şəbəkələrdə, xüsusən TikTok-da “Aran Media” səhifəsində paylaşıldı və dərhal böyük rezonans doğurdu. İnsanlar iki yerə bölündü: bir tərəf bu qərarı müdafiə etdi, digər tərəf isə buna etiraz edərək, bu addımı şəhidlərimizin xatirəsini unutturmağa yönəlmiş ağır bir hörmətsizlik kimi qiymətləndirdi.
Unutmayaq ki, ölkə başçısı cənab İlham Əliyev bölgələrə səfərləri zamanı şəhidlərimizin şəkillərini görüb qürurlandığını, kövrəldiyini açıq şəkildə dilə gətirmişdi. İndi sual yaranır: görəsən, Gəncə Şəhər İcra Hakimiyyətinin verdiyi bu qərardan cənab Prezidentin xəbəri varmı? Əlbəttə ki, yox! Əminik ki, əgər xəbəri olsaydı, o, şəhidlərimizin ruhuna hörmətsizlik edən belə bir addımın qarşısını dərhal alardı.
Bu səsimizi ucaldaq! Paylaşın ki, bu məsələ ölkə başçısına çatsın! Şəhidlərimizin xatirəsi bizim üçün əzizdir!
azxeber.info
Watch on TikT
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Azərbaycanda Anım Günüdür
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI