28 aprel 2025
54
“AAAF Park”-da Heydər Əliyevin posterini sökdürən Vüqar Sədibəyli kimdir? -DE-FAKTO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.
Artıq iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədibəyli Ulu Öndər Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib.
Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.
Qanunsuz tikintinin aparıldığı dövrdə Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir qanuni addım atmayıb.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.
Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.
Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.
Onu da qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti səslənən ittihamlara reaksiya verib. Qurumun mövqeyini olduğu kimi dərc edirik:
"Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".(xeberci.az)
Oxşar Xəbərlər:

Heydər Əliyev güşəsini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini təhlükəyə atıblar -“AAAF Park”da nə baş verir?/FOTOLAR

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO
