26 aprel 2025
97
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı -Xəsarət alanlar var
Şamaxıda mikroavtobus qəzaya uğrayıb.
Yenimeydan.info -un məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Oxşar Xəbərlər:

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

“Mercedes Benz-Azərbaycan”ın adı qalmaqalda: Dünya mediası sirrin üstün necə açıb?
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi

Prezident əfv sərəncamı imzaladı – SİYAHI