24 aprel 2025
103
ABŞ-də 12 ştat Tramp administrasiyasını məhkəməyə verib
12 ştat ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırıb.Yenimeydan.info xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.“Ölkənin ticarət siyasəti indi prezidentin qanuni səlahiyyətlərinin səmərəli həyata keçirilməsinə arxalanmaqdansa, onun şıltaqlığından asılıdır. ABŞ-a göndərilən hər hansı mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu öz üzərinə götürərək, Prezident konstitusiya nizamını pozub və Amerika iqtisadiyyatına xaos gətirib”, – sənəddə bildirilib.
Dövlət başçısı iqtisadiyyata ziyan vurmaqla yanaşı, Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.
Telekanal qeyd edib ki, iddia Konqresdə geniş ticarət səlahiyyətlərinin qanunverici orqanın əlinə qaytarılması üçün ikipartiyalı təşəbbüs fonunda qaldırılıb.
Qanun layihəsi Senatın Maliyyə Komitəsinin üzvləri Vaşinqtondan olan demokrat Mariya Kantvel və Ayova ştatından respublikaçı Çak Qrassli tərəfindən birgə dəstəklənib. Qanun layihəsi qəbul olunarsa, prezident yeni tariflərin tətbiqindən 48 saat əvvəl Konqresə məlumat verməli olacaq.
Oxşar Xəbərlər:

Prezidentlər Birgə Bəyanat imzaladılar

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..