22 aprel 2025
90
Tanış olduğu qadının evinə gedən şəxs onun ərini baltaladı - QƏRAR
Bakı Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Şahin Babayevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2023-cü ilin noyabr ayının 26-dan 27-nə keçən gecə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şahin Babayev əvvəllər tanımadığı zərərçəkmiş Tunar Məlikovun (ad, soyadı şərtidir) arvadının dəvəti ilə qadının ailəsi ilə birlikdə yaşadıqları evə gəlib. Bu zaman zərərçəkmiş şəxs evinə gəlib. Şahin isə evin eyvanında gizlənib. Sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin eyvana daxil olduğunu görüb, artıq ifşa olunduğunu dərk edib. O, özünə qarşı edilə biləcək hər hansı bir hərəkətlərin qarşısını almaq üçün çıxış yolu kimi Tunarın qəsdən sağlamlığına zərər yetirmək qərarına gəlib və mənzildən qaça biləcəyini düşünüb. Daha sonra Şahin orada olan baltanı əlinə alıb Tunarı onun övladı və arvadının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub.
Hadisədən sonra Şahin Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Oxşar Xəbərlər:

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi – ŞOK TƏFƏRRÜAT

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Prezident əfv sərəncamı imzaladı – SİYAHI