22 aprel 2025
83
İşdən çıxarılan dəmiryolçular AYAĞA QALXDI…
“Azərbaycan Dəmir Yolları” QSC-də işdən çıxarılan əməkdaşların məhkəmələrə müraciəti artmaqdadır.Tribunainfo.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”na qarşı qaldırılan iddiaların əksəriyyəti işə bərpa, əmək haqqı tələbi, əmək münasibətləri ilə bağlıdır. Qarşıdakı 30 gün ərzində ADY ilə bağlı məhkəmələrdə ümumilikdə 44 prosesə baxılacaq ki, onlardan 8-i işçilər tərəfindən qaldırılan iddialardır.
Proslərdən ikisi əmək haqqı tələbi ilə 24 apreldə Nəsimi rayon Məhkəməsində (hakim Günay Abidova), biri 28 apreldə maddi və mənəvi zərərin ödənilməsi tələbilə Nəsimi rayon Məhkəməsində (Ramin Xəlilov), digər iki proses isə 30 aprel tarixində eyni rayon məhkəməsində işə bərpa və əmək haqqı tələbləri ilə (hakimlər Ceyhun Tağıyev, Günay Abidova) keçiriləcək.
2 və 5 may tarixlərində Bakı Apellyasiya Məhkəməsində baş tutacaq proseslər də əmək münasibətləri və işə bərpa tələb ilə qaldırılıb. İş hakim Nazim Cəfərovun və Elşən Kazımovun icraatındadır. 8 və 20 may tarixlərindəki işlərə isə Nəsimi rayon Məhkəməsində hakim Nail Abbasovun və Günay Abidovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-də işçilərin haqsız yerə ixtisar edildiyi və müxtəlif bəhanələrlə işdən azad olunması ilə bağlı narazılıqlar yaşanır. Təcrübəli işçilər fərqli bəhanələrlə işdən azad edilir.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI