Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.
Yenimeydan.info Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.
"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.
Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.
21 aprel 2025
60
Rusiyanın Sumı vilayətinə hücumu dəf edildi -RƏSMİ

Oxşar Xəbərlər:

Liderlər İlham Əliyevi təbrik edir
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Tovuz döyüşlərindən 3 il keçir

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləməyə davam edir, düşmən mövqelərini itirir

Sırski Limansk istiqamətində aktiv hücum əməliyyatları elan edib