20 aprel 2025
95
Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib
Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir.Yenimeydan.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.“Dünən saat 18:00-dan bu gün saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib”, – Zelenski “atəşkəs” zamanı cəbhədəki dünənki vəziyyətlə bağlı bildirib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin hesabatına istinad edərək qeyd edib ki, rusiyalılar atəşi və hücum hərəkətlərini davam etdirirlər.
“Cəbhə xəttinin müxtəlif istiqamətlərində artıq Rusiya tərəfdən 59 atəş açılıb, beş hücum qeydə alınıb”, – məlumatda qeyd olunub.
Bundan əlavə, Kursk vilayətində artilleriya zərbələri və pilotsuz təyyarələrdən istifadə qeydə alınıb.
Bildirilib ki, Ukrayna öz növbəsində qarşı tərəfə adekvat cavab verir.
Zelenski sözlərinə görə, Ukrayna şəffaf davranmağa davam edəcək: “İlkin nəticələrə yekun vursaq, hələlik cəbhədə tam atəşkəs yoxdur”.
Oxşar Xəbərlər:
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı

Tovuz döyüşlərindən 3 il keçir