19 aprel 2025
104
Atı xilas olsa da, özü bataqlıqda boğuldu… – FOTO
Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.Yenimeydan.info xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.O, at belində mal-qara axtararkən bataqlığa düşüb.
Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.
Su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.

APA



