19 aprel 2025
86
Zəhərlənmə bu şadlıq evində olub -Say 32 nəfərə çatıb
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.
Yenimeydan.info xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb.
Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”ya açıqlama verib: “19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.
AQTA-dan Oxu.az-a verilən məlumata görə isə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Həmçinin bildirilib ki, hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.
Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.
Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Oxşar Xəbərlər:

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi – ŞOK TƏFƏRRÜAT

Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ
TƏBİB təcili yardımın ləğv olunmasının səbəbini açıqlayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI