18 aprel 2025
138
Bakının bu ərazlilərində qəzalı binalar söküləcək
Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.Yenimeydan.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.
Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.
Oxşar Xəbərlər:

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

“Bina tikintisinə icazə bazarı”da qanunların işdəməsinə kimlər maneə olur?
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI