18 aprel 2025
103
Husi qiyamçılarının mövqeləri vuruldu -22 nəfər ÖLDÜ

ABŞ Ordusu Yəməndə husi qiyamçılarının mövqelərinə zərbələr endirib.
Məlumata görə, Yəmənin "Al Masirah" telekanalı hücum nəticəsində 22 nəfərin həlak olduğunu, onlarla işçinin yaralandığını bildirib.
Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras-İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da məlumatı təsdiqləyib.
Qurum bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib.
“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, – deyə açıqlamada bildirilir.
"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.
Oxşar Xəbərlər:

Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

ABŞ-ın dəstəyi olmazsa, İsraili bircə gün içərisində məğlub edərlər! – Elxan Şükürlü
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...