14 aprel 2025
28

Abramyan: “Azərbaycan Ermənistanı divara dirəyib”

 
 “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini müzakirə etmək üçün Antaliyada yaxşı fürsət yaranmışdı”.

YeniMeydan.info xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, panel müzakirəsi bir sıra mətləbləri ortaya qoyub. “Baş verənlər onu göstərdi ki, Azərbaycan öz ilkin şərtləri ilə Ermənistan hakimiyyətini divara dirəyib. Hətta böyük istəklə belə, qısa zamanda həll edilməyəcək ilkin şərt irəli sürür”.

O qeyd edib ki, söhbət Ermənistan konstitusiyasına dəyişiklik edilməsi məsələsindən gedir. “Onlar Azərbaycanda bu nüansları dərk edirlərmi? Sözsüz ki, bəli. Azərbaycan əlavə vədlər və güzəştlər almaq üçün prosesi uzanır, erməni hökmdarları isə ölkəni yeni zərbələrə məruz qoyur”.
Fərda Uğur