12 aprel 2025
27

Putin-Vitkof görüşü başa çatdı - Yenilənib

putin-vitkof-gorusu-basa-catdi

     Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə                               xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş başlayıb.

YeniMeydan.info xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.

Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.

Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.

Kremlin məlumatına görə tərəflər arasında qapalı formatda baş tutan görüş artıq başa çatıb.