12 aprel 2025
14
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-VİDEO
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabrikindən daha bir qanunsuzluq.
“Sobsan” boya fabriki ekologiyanı korlayıb, çirkli suları gölə axıdır.
Qeyd edək ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarına məxsus olan “Sobsan” boya Azərbaycanın ilk boya fabrikidir.

Şirkətin təsisçisi Cavid Səbzəliyev həmçinin “Technol” markalı yağların istehsalçısıdır.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Əslində “Sobsan” boya fabriki qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur.
Bu fabriklə bağlı daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar ?
Bu fabrik boya istehsalı zamanı yaranan və ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdır.
Adama deyərlər ki, ermənilər işğal olunmuş ərazilərimizdə çaylarımızı, su hövzələrimizi zəhərləyirdi.
Onlarla sizin hərəkətlərinizdə nə fərqiniz, cənab Səbzəliyev qardaşları..?
Milyonları qazanırsınız və ölkənin ekologiyasını zəhərləyirsiniz.

Onu da əlavə edək ki, “Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Təsəvvür edirsiniz, bu gənc xanım direktor olan kimi səhiyyə ocağını sanki bazara çevirib.
Bir sözlə, “Sobsan” boya cəmiyyətimizi öz istədiyi rəngə boyaya-boyaya gedir.(ekologiya.az)

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək

“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO