11 aprel 2025
37
Aysel Soltanova vəzifəsindən azad edildi

Pravda.az-ın əldə etdiyi məlumata görə, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.
O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.
Qeyd: ADY-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı, sərnişindaşıma, daxili təchizat A.Soltanovanın kurasiyasında olub. Onun adı QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılova ilə bağlı məsələlərdə hallanır.

Oxşar Xəbərlər:

Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI

Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? -“Port Baku“dan başlayan problem böyüyür

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!