11 aprel 2025
24
Kreditlə alınan “xoşbəxtlik” uçuruma aparır? – Toydan sonra illərlə borc ödəyirlər-VİDEO

Tribunainfo.az xəbər verir ki,Baku TV paytaxt sakinlərinin mövzu ilə bağlı fikirlərini öyrənib. Sakinlərin bir çoxu kreditdən uzaq olmağı tövsiyə edib.
“Pulun yoxdursa, evlənmə, nə məcburdur. Toydan sonra illərlə borc ödəyirlər”, – deyə sakinlərdən biri söyləyib.
Bəs mütəxəssislər bu məsələyə necə baxırlar?
İqtisadçı Eldəniz Əmirov deyir ki, 2025-ci il fevralın sonuna olan göstəriciyə əsasən, Azərbaycanda 29 milyard 402 milyon manatlıq kredit qoyuluşu formalaşıb. Bunun da böyük hissəsi – 17 milyarddan çoxu ev təsərrüfatlarına düşür:
“Ümumilikdə artım dinamikasında istehlak kreditləri dayanmadan artır. Bunun müsbət tərəfləri ilə yanaşı, ciddi mənfi tərəfləri də var”.
Psixoloq Dəniz Umarovanın sözlərinə görə, müəyyən bir məhsulun əldə edilməsi insanlarda özünəinam və xoşbəxtlik hissini artırır. Eyni zamanda, cəmiyyətlə ayaqlaşmaq fürsəti yaradır. Amma bu, müvəqqəti xarakter daşıyır:
“Zamanla xərclərin artması bir sıra psixoloji narahatlıqlara səbəb olur. Bəzən bu hal inklüziv xarakter daşıyır – real problemlərdən qaçmaq, mənfi emosiyalarla mübarizə, özünü təsdiqləmə ehtiyacı fonunda meydana gəlir”.
Ətraflı süjetdə:
Ətraflı süjetdə:

Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)