02 aprel 2025
20
“Melissa Group”la bağlı daha bir xəbər: Sahibi və adı dəyişir?

Şirkətin sonrakı fəaliyyəti isə müzakirə obyektinə çevrilib. Əksəriyyət qurumun ləğv edilməli və ya fəaliyyətinin araşdırılmalı olduğunu bildirir.
Hüquqşünas Əkrəm Həsənov deyib ki, şirkətin ləğv edilməsi real görünmür
“Melissa Group”un idarə etdiyi, hələ də tikilən binalar var. Ona görə ləğv istiqamətində hər hansı qərarın olacağını düşünmürəm. Amma şirkətin sahibinin dəyişdirilməsi mümkündür. Hətta bu ehtimal böyükdür. Ardınca qurumun adı ilə bağlı da addım atıla bilər. Lakin aktivləri biznes kimi qalacaq”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda özbaşınalıq edən tikinti şirkətləri çoxdur:
“Camaatın evini qanunsuz söküb-dağıdan şirkətlər az deyil. Nədənsə bu şirkətə qarşı belə sərt tədbirlər görüldü. Təbii ki, doğru yanaşma idi. Görünür, burada başqa səbəblər də mövcuddur”.
Globalinfo.az

Oxşar Xəbərlər:

Yasamalda qadının evini başına uçuran “Melissa Group”un sahibi bu şəxs imiş… – DOSYE

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Tikinti şirkətlərinin mülkdağıtma praktikası - son qoyulacaqmı...

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI