02 aprel 2025
20
Putinin əmlakı açıqlandı
“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə “Volqa” QAZ-M21, “Niva” yolsuzluq avtomobili və “Skif" qoşqusu qeyd olunub. Putin, həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il Prezidentin gəliri təxminən 10.2 milyon rubl (təxminən 204.5 min manat) təşkil edib.
Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub.
Qeyd edək ki, Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir.
Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.

Oxşar Xəbərlər:

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR

Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI