29 mart 2025
140
Ən çox itki verən Rusiya bölgələri: Tatarıstan və Başqırdıstan “lider”dir
Rusiyalı müxalifət jurnalistləri Ukraynaya qarşı müharibədə həlak olan 100 mindən çox rus əsgərinin adlarını açıqlayıblar Yenimeydan.info xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılmış ölümlərlə bağlı nekroloqların əsasında toplanıb.
“Mediazona” layihəsi və BBC Rus Xidmətinin birgə apardığı araşdırma nəticəsində isə bu rəqəmin ən azı 2-2.5 dəfə çox olacağı qənaətinə gəlinib. Bunun səbəbi kimi isə Rusiya tərəfinin bir çox itkilər barədə ölənlərin yaxınlarına məlumat verməməsi, onları “itkin” kimi qeydə almasıdır.
Məlumatda deyilir ki, müəyyən edilmiş mövcud siyahıda ölənlər arasında 4800 rus zabitini adı keçir.
Ən çox itki verən Rusiya bölgəsi isə Tatarıstan və Başqırdıstandır. Məlumatda deyilir ki, Tatarıstan sakinləri arasında müharibədə ölənlərin sayı 4.3 min nəfərə çatıb. Başqırdıstanda isə bu rəqəm 4.4 min nəfəri keçmək üzrədir.
Bundan başqa, o da müəyyən olunub ki, ölənlərin 24% “könüllülər”, 16%-i həbsxanalardan formalaşdırılmış dəstələrin üzvləri, 11%-i isə səfərbərlik yolu ilə hərbi xidmətə çağırlanlardır.
Oxşar Xəbərlər:

Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

Suriyanın 1-ci xanımı, "vicdansızca qazanc əldə edən" Əsma Əsəd kimdir? -...onun acgöz və qəddar imici üzə çıxmağa başladı

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO