28 mart 2025
111
Panama 100-dən çox rus gəmisini “sıfırlayır”
Panama hakimiyyəti ABŞ-nin sanksiyalarına məruz qaldıqdan sonra Rusiya bayrağı altında üzən 128 gəminin qeydiyyatını ləğv etməyi planlaşdırır. Yenimeydan.info xəbər verir ki, bu barədə “Bloomberg” Panama Dəniz Administrasiyasının ticarət donanmasının rəhbəri Ramon Frankonun bəyanatına istinadla məlumat yayıb.Onun sözlərinə görə, ən azı 70 tanker artıq reyestrdən çıxarılıb, yaxın vaxtlarda daha onlarla tanker siyahıdan çıxarılacaq.
Fevral ayına olan məlumata görə, Rusiyadan qara siyahıda olan tankerlərin ümumi sayı 270-i keçib. “S&P Global”-ın məlumatına görə, sanksiyalar Rusiyanın dəniz neft ixracının yarısını və ya gündə 1,5 milyon barreli əhatə edəcək.
Məlum olduğu kimi, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası səlahiyyət müddətinin sonunda Rusiya neftini daşıyan 183 tankerə, onlarla treyderə və sığorta şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
“AzPolitika”
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI