28 mart 2025
124
Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib?
“Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?Yenimeydan.info xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:
“Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”.
Oxşar Xəbərlər:

Yasamalda qadının evini başına uçuran “Melissa Group”un sahibi bu şəxs imiş… – DOSYE

Evi sökülən qadın danışdı: ““Melissa Park”ın əməkdaşına dedim, anan yaşındayam etmə”
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

“İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi?