07 yanvar 2025
17
Ərdoğan yenə xatırlatdı: Bir gecə ansızın gələ bilərik
Bir gecə ansızın gələ bilərik.
Yenimeydan.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlamasında deyib.
“Terrordan azad Türkiyə məqsədinə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Arxasında terror və terrorçu olan siyasət yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə verməz. Separatçı təşkilat üçün dairə daralır.
Biz Suriyanın parçalanmasına və onun unitar strukturunun məhvinə razı deyilik. Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən (ansızın) yenidən gələ bilərik. Necə ki, o arxlarda kantonizm arxasınca gedənləri qazdıqları xəndəklərlə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat bədəlini ödəyəcəklər. Terrorizmi və zorakılığı seçənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə torpağa basdırılmaqdır. Açığı, heç bir güc buna mane ola bilməz”, - Ərdoğan qeyd edib.

Oxşar Xəbərlər:
Böyük təhlükəyə qarşı ittifaq:Türkiyə və Suriya onları məhv edəcək
Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH
Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ