11 sentyabr 2023
131

Saleh Sadıqov dövlət büdcəsini talan edir?

 



Azərbaycanda ilk meliorativ tədbirlər XX əsrin əvvəllərindən aparılsa da, meliorasiya və su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdyi dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin rəhbərliyi ilə ölkəmizdə meliorasiya və irriqasiya sahəsində son illər böyük uğurlar əldə olunmuşdur.
Ölkə rəhbərinin respublikamızda aqrar sektora, xüsusilə də meliorasiya və su təsərrüfatı sahələrinə daim göstərdiyi diqqət və qayğını kimsə inkar edə bilməz.
Hər il olduğu  kimi hazırda ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Xüsusən də əkinçiliyin inkişaf etdirilməsi,maddi bolluğun yaradılması,xaricdən asıllığın azaldılması kimi məsələlər bu gün qarşıda düran ən vacib məsələlərdəndir. Bu baxımdan Dövlət Su Ehtiyatları Agentliyinin də üzərinə çox ağır, məsuliyyətli bir iş düşür.Son illərdə respublikamızın əkinəyararlı torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların bataqlaşmasının və şorlaşmasının qarşısının alınması məqsədilə görülən kompleks meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan müəsisə və təşkilatlatlarda kifəyət qədər neqotiv hallara yol verilməsi barədə dövrü mətbuatda və elektron mediada kifayət qədər kəskin materiallar dərc olunub, informasiyalar yayilib.
Bu günlərdə Yenimeydan.info-nun redaksiyasına daxil olmuş məlumatların araşdırılmasına ehtiyac olduğundan Zaur Mikayılovun rəhbərlik etdiyi sahədə adı olan həmin idarələrdən birinin fəaliyyəti barədə oxuculara məlumat vermək istərdik. Bu  Dövlət Su Ehtiyatları Agentliyinin tabelyində olan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsidir. Saleh Sadıqovun rəhbərlik etdiyi bu idarə respublikamızın əsas kanal və kollektorundakı 18 hidrometrik məntəqə və 8692 rejim-müşahidə quyuları vasitəsi ilə suvarılan torpaqlarda hidrogeoloji-meliorativ şəraitinin və kollektor-drenaj şəbəkəsinin vəziyyətinin öyrənilməsini, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələrin aparılmasını, qrunt və qrunt su nümunələrinin analitik təhlilini, eləcə də rejim müşahidə və çöl tədqiqat materialları əsasında kadastr hesabatlarının, həmçinin elektron xəritələrin işlənib hazırlanmasını  həyata keçirməlidir.Yenimeydan.info  bildirir ki,respublikamızın 7 regional zonasında və 48 inzibati rayonlarında həyata keçirən HGMXİ-nin regional zonalarda apardığı rejim müşahidələrinin, çöl tədqiqat işlərinin və analitik təhlillərin nəticələri kameral işlərdə, illik kadastr hesabatlarında və xəritələrdə öz əksini tapmalıdır ki, bu da respublikamızın suvarılan torpaqlarının hidrogeoloji meliorativ vəziyyətin yaxşılaşdırılmasında, hidromeliorativ tədbirlərin planlı və səmərəli şəkildə həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edə bilsin. İdarə ölkə ərazisində suvarılan torpaqlar əhatə olunmaqla, əsas kanal və kollektorlardakı hidrometrik məntəqələrdə hidrogeoloji-meliorativ xidmətin təşkili üçün qazılmış 9000 -ə yaxın rejim müşahidə quyularına nəzarət etməlidir. Nəzarətində olduğu bu rejim müşahidə quyuları vasitəsilə adıçəkilən bu qurum əslində yeraltı qrunt sularının səviyyəsinin dəyişilməsi üzərində daimi nəzarət aparmalı, kənd təsərrüfatı məhsullarınin istehsalı prosesində torpaqda gedən hidrogeoloji meliorativ dəyişikliyi aşkar edib və onların yaxşılaşdırılması üzrə təkliflər hazırlamalıdır.
Bəs görəsən bu xidmət sahəsində doğrudanmı hər şey yüksək səviyyədə aparılır? Bizə çox maraqlıdır, həqiqətənmi bu qurum respublika ərazisində suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti və kollektor-drenaj şəbəkəsinin işinin effektivliyini öyrənir, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələr aparır, qrunt suları və torpağın su çökintisinin kimyəvi analizi, eləcə də rejim müşahidə və çöl tədqiqat materialları əsasında hidrogeoloji-meliorativ hesabatlar hazırlayır, həmçinin suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir? Yoxsa bu xidmət sahəsi də Saleh Sadıqovun heç kimin ağlına gəlməyən yerdən pul çıxarmaq metodlarından biridir.
Bizdə olan məlumatlara görə rəhbərlik, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin maddi-texniki bazanın gücləndirilməsi və xidmət sahələrinin təkmilləşdirilməsi üçün dövlət vəsaitindən adıçəkilən qurumun hesabına kifayət qədər vəsait köçürüb,eyni zamanda tender müsabiqəsi vasitəsi ilə kifayət qədər avadanlıq alınıb.İdarə müasir laboratoriya avadanlıqları ilə təchiz edilib ki, burada inkişaf etmiş ölkələrdəki kimi avtomatlaşdırılmış metodlarla qısa müddətdə daha keyfiyyətli və daha çox kimyəvi-analitik təhlillər aparılmasını həyata keçirmək mümkün olar.
Bəs Saleh Sadıqov necə, rəıhbərlik etdiyi qurumun işini müasir avadanlıqlarla günün tələbləri səviyyəsində qura bilıirmi? Yoxsa o da müasir avadınlıqları idarəyə görüntü yaratmaq üçün alıb.Yuxarıda qeyd etdiyimiz kimi idarə respublika ərazisində suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti öyrənir. Respublika ərazisində isə suvarılan torpaqlar yüz min hektarlarladır. Bakıda yerləşən bu idarə yerlərdə müşahidəni necə aparırlar? Əlbəttə mütəxəsisləri yerlərə ezam etməklə. Bəs il ərzində yerlərə nə qədər mütəxəsis ezam olunur? Burada ezamiyyə xərcləri nə qədər yazılır? Bunu ancaq Saleh Sadıqov deyə bilər. Qeyd etdiyimiz kimi idarə yerlərdə müşahidə quyularına da nəzarət edir. Bəs görəsən il ərzində sıradan çıxmış rejim müşahidə quyuların təmirinə, yenidən qazılmasına nə qədər vəsait ayrılır? Yerlərdə müşahidə quyularının sayı sənədlərdə olduğu kimidir,yoxsa Saleh Sadıqovun bildiyi qədər? Saleh Sadıqovun illərdir keçirdiyi tender müsabiqəsinin qalibi hansı MMC-lərdir?Yaranması cəmi 3 ay əvvəl olan şirkət Saleh Sadıqovun  keçirdiyi tender müsabiqəsinin qalibi necə çıxır?Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan,satınalmalar haqqında qanunun əksər tələblərini pozan bu şirkət hansı peşəkarlığa və təcrübəyə malikdir?
Araşdırılarsa bu idarənin fəaliyyəti ilə bağlı bir çox suallara cavab axtarmalı olacağaq.Odur ki, suallara cavab axtarmağa tələsmədən araşdırmalarımızı davam etdirmək,daha ha qaranlıq mətləbləri aydınlatmaq zorundayıq. Bizi İzləyin.