12 iyul 2023
270

Sunak Ərdoğana təşəkkür etdi

Sunak Ərdoğana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Rişi Sunak Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə edərək, onun genişləndirilməsinin vacibliyini vurğulayıblar.
YeniMeydan.info xəbər verir ki, bu barədə çərşənbə axşamı NATO sammitinin açıldığı Vilnüsdə liderlərin görüşünün yekunu üzrə Böyük Britaniya hökuməti başçısının ofisinin yaydığı bəyanatda deyilir.
“Prezident Ərdoğan baş nazirə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə son səfəri barədə məlumat verib. Liderlər həmçinin Qara dəniz taxıl müqaviləsinin uzadılması tapşırığının vacibliyi barədə razılığa gəliblər”, - sənəddə bildirilib.Sunak həmçinin Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək vədini alqışlayıb və bu qərara görə Ərdoğana təşəkkür edib. Görüş zamanı həmçinin ikitərəfli münasibətlər, o cümlədən qabaqcıl müdafiə texnologiyaları, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.