05 iyul 2023
170

MACARISTANDAN İSVEÇ AÇIQLAMASI: “TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT EDƏCƏYİK”

    xarici işlər naziri Peter Szijjarto, İsveçin NATO üzvlüyü məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcəklərini ifadə edərək, “Türkiyənin mövqeyində dəyişiklik olarsa, təbii ki, Macarıstanın NATO-ya üzvlük prosesində heç bir ölkəyə mane olmayacağına dair verdiyimiz sözə əməl edəcəyik.”Yenimeydan.info TRTHaber-ə istinadən xəbər verir ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına sayılı günlər qalıb.
Macarıstan İsveçin NATO üzvlüyü məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcəklərini bəyan edib.
Macarıstan Xarici işlər naziri Peter Szijjarto mətbuat konfransında İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyə ilə təmasda olduqlarını və Türkiyənin İsveçin üzvlüyünə münasibətində dəyişiklik olacağı təqdirdə Macarıstanın prosesi gecikdirməyəcəyini bildirib.
Macarıstanın baş naziri Viktor Orbanın iyul ayında tətilə gedəcək parlamentin son həftəsində İsveçin NATO üzvlüyünə dair səsverməni ötən cümə axşamı günü gündəmə gətirmədiyi açıqlanıb. Macarıstan parlamentinin sonuncu iclası cümə günü keçiriləcək.
Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə ötən ilin iyul ayından bəri parlamentin gündəmində deyil.
Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın keçən il Ukraynaya hücumundan sonra NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib. Finlandiyanın üzvlük prosesi ötən ilin aprelində başa çatıb. Macarıstan və Türkiyə İsveçin NATO-ya üzvlüyünü hələ təsdiq etməyiblər.