10 iyul 2023
123

Milli Məclisin deputatları bu həftə tətilə gedir

Milli Məclisin deputatları bu həftə tətilə gedir
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının tarixi məlum olub.
YeniMeydan.info bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, sonuncu iclas iyulun 14-də keçiriləcək.

Bununla da Milli Məclisin deputatları tətilə çıxacaq.

Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.