09 mart 2025
89

Tenderlər qalibi olan və vergidən yayınan “Dostluq H-EL” MMC indi də "Elm Ocağı" tedris merkezi açır

 


Mediatv.az-ın elektron poçtuna “Dostluq H-EL” MMC-də çalışan bir qrup əməkdaş adından şikayət məktubu daxil olub.Şikayətçi vətəndaşlar yazır:
  Şikayətimiz “Dostluq H-EL” MMC (vöen 2007644391) şirkəti ile bağlıdır. Çünki bu şirkətin müdriyyəti hələ də keçmiş işçilərin əmək haqlarını ödəməkdən boyun qaçırır. Əslində iş yoldaşlarım daha əvvəl bu barədə sizə yazmişdilar. Mehz sizin və digər saytlarin məsələni işıqlandırması ile şirkət bəzi işçilərin maaşlarını ödəməyə məcbur oldu. Ancaq helədə əmək haqlarini ala bilməyən keçmiş əməkdaşlar var. Sizin kimi jurnalistlərin məsələni gündəmə getirməsi onlari az da olsa məsuliyyətli davranmağa vadar edir.

Əvvəllər biz şirkət rəhbəri kimi Elçin Şərifovla əlaqə saxlayirdiq. Son bir neçe həftədə isə Şərifov artiq şirkətin rəhbəri olmadiğini ve işləri şəriki Elçin İsgendərova həvalə etdiyini dedi. Elçin İsgənderov da çox "kobud"  adamdir. Ona müraciet edenleri müxtəlif adlar altında hədələyir. Bu sebebden müraciətlərimizi gizli yazmaq məcburiyyətindəyik.
Elçin Şerifov indi də "Elm Ocağı" tedris merkezi açıb

Sizdən xahiş edirik bu məsələnin həllində bize kömək edin. Təqribən 11 min manatliq ümumi əmək haqlarini ödəmək bu şirkət üçün o qədər de çətin olmamalidir. Amma rəhbərlik həm köhnə əmək haqlarini həm də 100 min manatdan çox vergi borcunu ödəməkdən boyun qaçırır. Deyilənə görə Elçin Şerifov indi də heyat yoldaşının adına (Sevinc Şerifova) açdığı şirkətlərin başına keçib. Bunlardan biridə Qarayev metrosu yaxınlığındaki "Elm Ocağı" tedris merkezidir.
Ümid edirik ki, Sizlərində destəyi ilə bu gözəl ayda işçilərin əmək haqları tam şekildə ödənecək. Xahiş edirik bizim sözümüzü sahibkara ve aidiyatı qurumlara çatdırın.
P.S Xatırladaq ki, “Dostluq H-EL” (VÖEN: 2007644391) MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. 
Qarşı tərəfin cavab haqını tanıyırıq.

  Mediatv.az