09 mart 2025
93

Abşeronda qanunsuz obyekt tikintisi QALMAQAL YARATDI - Bina sakinləri İH-ə qarşı etirza qalxdı/FOTOLAR+VİDEO


media-abserr

Abşeron icra hakimiyyətinin başcısının xeyir – duası ilə, Xırdalan şəhərində hündürmərtəbəli binanın həyətinin obyekt yeri olaraq satılması ilə bağlı məlumat vermişdik.

media-001
Bildiririk ki, xəbər saytları məlumatı  yayınlanandan sonra qanunsuz obyekt üçün qazıntı işləri dayandırılıdı

və   kənardan daşınan torpaqla təcili dolduruldu və Abşeron icra hakimiyyəti açıqlama yaydı ki, qanusuz tikinti  işləri dayandırlıb.

Həmin hadisədən bir neçə gün sonra yəni bu gün səhərdən bu dəfə qanunsuz obyektin inşasına başlanılıb.
media-001
Bu barədə sakinlər məlumat verib.
media-002
Bildirib ki, hal – hazırda qanunsuz obyektin ətrafına tikinti materilları daşı və sement kisələri gətirilib.  Qanunsuz obyektin inşasına başlanılır. Aparılan tikinti ilə bağlı icra başçısı da məlumatlıdır?

Abşeron İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qanunsuz tikintiyə istirahət günü olduğu üçün xəbərsiz olmasını bəhanə edəcək?
Amma, bina sakinləri obyektin yanına toplaşaraq tikintinin aparılmasına razılıq verdiyi üçün İH-ə qarşı etiraz edib.
Bu məsələ ilə bağlı İcra ahkimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də münasibət bildirmədilər.
Bəs görəsən bu qanunsuz obyektin tikintisinə görə dövlət qurumları niyə susur.(paytaxt.org)