06 mart 2025
80

Bu vəzifəni yenə Sahil Babayev icra edəcək - Sərəncam

 Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Yenimeydan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olarkən bu vəzifəni icra edən maliyyə naziri Sahil Babayev olub.
Eyni zamanda Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri də daxil edilib.