05 mart 2025
59
Həm sayğac satır, həm də təmir-tikinti işlərində iştirak edir
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Kiçik Mərdəkan qəsri”nin bərpasına 654 743 AZN xərcləyəcək.Pravda.az-ın xəbərinə görə, Dövlət Xidməti bu məqsədlə “Meqaplus” firması ilə müqavilə bağlayıb.
Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanunu təmsilçisi Abuzər Bəkir oğlu Seyidovdur.
Əsasən tikinti işləri həyata keçirən firma həm də sayğac satışı ilə məşğuldur. Bu, Dövlət satınalmalarının vahid elektron internet portalında yerləşdirilən tender elanlarından aydın olur.
Şirkət Elm və Təhsil Nazirliyinin elan etdiyi tenderlərin də qalibi olub.
Oxşar Xəbərlər:

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

Kəmaləddin Qafarovun biznes imperiyası (SİYAHI)

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeri gələndə GÖZ YUMUR... - BU DA FAKT!!!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI