04 mart 2025
54
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib -AÇIQLAMA, TƏFƏRRÜAT
Bu detallar 26 yaşlı Rasimin (ad şərtidir) cinayət işi materiallarında yer alır.
Onun hotelə apardığı, münasibətdə olduğu qızın 14 yaşı olub. Onlar münasibətdə olan zaman Rasim bunu telefonu ilə lentə alıb. Sonra isə əlində olan görüntülərlə onu şantaj edərək pul almağa başlayıb.
Rasim həmin görüntüləri tanışlarından birinə də göndərib. Bir müddət sonra işin üstü açılıb və Rasim məsuliyyətə cəlb edilib. Buna qədər isə Rasim həmin qızdan bir neçə dəfə pul alıbmış.
Bu əməli törətməkdə təqsirləndirilən Rasim 6 il azadlıqdan məhrum edilib.
Rasimin 14 yaşına çatmayan qızla görüşü Nərimanov rayonu ərazisində yerləşən “Askar” hoteldə baş tutub. Onlar günü 20-40 manat arası dəyişən bu hoteldə iki dəfə görüşüblər. İlk görüş 2023-cü ilin əvvəlində olub. Bundan sonra isə Rasim iki ilə yaxın azyaşlını şantaj edib.
Maraqlıdır ki, “Askar” 14 yaşı olan qızı hotelə necə buraxıb?
Hotelin instaqram səhifəsində “Gözəli də götürün, bu möhtəşəm hotelə gəlin” başlığı ilə video paylaşılıb. Əlavə qeyd kimi də yazılıb ki, nikah şəhadətnaməsi tələb olunmur.
Bəs, nikah şəhadətnaməsi tələb olunmursa, şəxsiyyət vəsiqəsi də tələb olunmur?
Bu sualları “Askar” hotelə də ünvanladıq. Hotelin qeydiyyat şöbəsində çalışan xanım əməkdaşı dedi ki, 2024-cü ildən rəhbərlik dəyişdiyindən qeyd edilən hadisədə onların günahı yoxdur. Xanım əməkdaş əlavə etdi ki, hazırda hotelə gələn müştərilər şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınır və 16 yaşı tamam olmayan xanımların girişi qadağandır.(musavat)
İ.Muradov




Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat