04 mart 2025
62
Azərbaycanda uşaq bağçası yandı - FOTO
Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.Hadisə gecə saatlarında rayonun Kücəkənd kənd körpələr evi-uşaq bağcasında baş verib.
Belə ki, ümumi sahəsi 320 kvadratmetr və 10 otaqdan ibarət olan bağca tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Oxşar Xəbərlər:

Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ