22 fevral 2025
71
AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.
Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).
AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.
Oxşar Xəbərlər:

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Prezident əfv sərəncamı imzaladı – SİYAHI