03 fevral 2025
70

Polad Bülbüloğlu ilə bağlı - Sərəncam

polad-bulbuloglu-ile-bagli

Deputat, Xalq artisti Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yenimeydan.info   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Polad Bülbüloğlunun 80 yaşı tamam olacaq.